Koronavirus şübhəlilərinin analizinin cavabı bilindi
Tbilisidə ötən gün koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən bir Gürcüstan və bir Çin vətəndaşının analizlərinin cavabı məlum olub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib. Laborator yoxlamalarla hər iki pasiyentin koronavirusa yoluxması təsdiq olunmayıb. Çin vətəndaşında “B” tipli qrip virusu müəyyən olunub və o, xəstəxanada müalicə alır.