Suriyada 172 sərnişinin olduğu təyyarə raketlə vurula bilərdi
Suriyanın hava məkanından istifadə edən və göyərtəsində 172 sərnişinin olduğu mülki təyyarə Rusiyanın Hmeymim hərbi bazasına təcili eniş edib. “Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, bu gecə İsrail ordusuna məxsus “F-16” qırıcıları Suriya paytaxtının ətrafına 8 hava-yer tipli raket buraxıblar. Hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemi işə düşüb. Nəticədə təhlükəli ərazidə olan “Airbus-320” təyyarəsi Dəməşq hava limanına eniş istəyib. Hava limanının nəzarətçiləri dərhal sərnişin təyyarəsini təhlükəli ərazidən uzaqlaşdıraraq Rusiyanın Hmeymim hərbi bazasına endiriblər.