ABŞ-da 200 nəfər norovirusa yoluxdu
ABŞ-ın Luiziana ştatında Leyk-Çarlz şəhərində kazinoya getdikdən sonra 200 nəfər norovirusa yoluxub. Trend-in məlumatına görə, hazırda virusa yoluxan şəxslər müalicə olunur. Onların vəziyyətinin stabil olduğu deyilir. Virusun necə yayıldığı barədə araşdırma başlayıb. Qeyd edək ki, norovirus kəskin bağırsaq infeksiyasına səbəb olan virus növüdür.