Çinin Hubey vilayətində koronavirusdan ölənlərin sayı 699-a çatıb
Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 699-a çatıb. Trend-in məlumatına görə, bu barədə regional səhiyyə komitəsi bildirib. Bundan əvvəl vilayətdə 618, Çində 636 ölüm hadisəsi baş verməsi barədə məlumat verilmişdi. Beləliklə, Çində ölənlərin ümumi sayı demək olar ki, 720 nəfərə çatdı. Açıqlamada vilayətdə yoluxanların sayının 24,9 min nəfər olduğu bildirilib. Xəstəxanadan 1,1 mindən çox nəfər buraxılıb.