Trampdan koronavirus açıqlaması - Çin əsl rəqəmləri gizlədir?
ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Szinpin arasında koronavirusla bağlı telefon danışığı baş tutub. Bu barədə “HaberGlobal” informasiya yayıb. Telefon söhbəti barədə danışan Tramp Çinin epidemiya ilə mübarizə çərçivəsində əlindən gələn hər şeyi etdiyini bildirib. “Çətin vəziyyətdir, ancaq çox yaxşı işlədiklərini düşünürəm”, - Tramp bildirib. Jurnalistlərdən birinin “Çinin koronavirus epidemiyası ilə bağlı əsl rəqəmləri gizlətdiyini düşünürsünüzmü?” sualına isə ABŞ lideri bu cür cavab verib: “Xeyr, Çin bu mövzuda çox çalışır”.