Ən yüksək və ən aşağı seçici fəallığı olan DAİRƏLƏR
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.   Modern.az-ın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək seçki dairəsidir. 1 saylı Şərur-Sədərək seçki dairəsindən 47,7 faiz (46 min 225 seçicidən 18440 nəfər) olub. Seçici fəallığının ən aşağı olduğu dairə isə 17 saylı Yasamal üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (30 min 534 seçicidən 352 nəfər) olub.