Bu ölkədə parlament seçkilərinin nəticəsi AÇIQLANDI
Ötən gün İrlandiyada parlament seçkiləri keçirilib.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 160 yerlik parlament uğrunda 515 namizəd mübarizə aparıb. Exit-polların nəticəsinə görə, baş nazir Leo Varadkarın partiyası öz rəqiblərini cüzi səs fərqi ilə üstələyib.   Belə ki, “Fine Gael” partiyası toplanan səslərin 22.4 faizini əldə edib.  İrlandiya Respublika Ordusunun (İRA) siyasi qanadı olan “Sinn Fein” Partiyası 22.3 faiz səslə ikinci, Maykl Martinin başçılıq etdiyi “Fianna Fail” partiyası isə 22,2 faiz səslə üçüncü yeri tutub.