İran kosmosa peyk göndərir
İran bu gün kosmosa peyk göndərir.   Modern.az “Röyters”ə  istinadən bildirir ki,“Qələbə” peyki bu gün Simnan orbitinə 7.400 kilometr sürətlə göndəriləcək. Peykin orbitə göndərilməsi ilə bağlı xəbərə isə ABŞ tərəfindən sərt reaksiya gəlib:   “İranın peyk tədarük planı əslində ballistik raket sınağını gizlətmək üçün təşkil edilib”- deyə ABŞ tərəfi münasibət bildirib. Qeyd edək ki, ötən il İran orbitə iki peyk göndərib və hər iki cəhd uğursuz nəticələnib.