Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır - RƏSMİ
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Oxu.Az-ın məlumatına görə, R.Qasımov bu görüntülərin araşdırıldığını deyib: “Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik”,- deyə R.Qasımov əlavə edib.  Onun sözlərinə görə, sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir.  MSK rəsmisi bildirib ki, seçkidə neqativ halların olması normaldır: “Şəffaflıq prosesin açıq olmasının birinci göstəricisidir. Cəmiyyətin seçkiyə həddindən artıq marağı var”. Qeyd edək ki, sosial şəbəkələrdə seçki saxtakarlıqlarının olması barədə iddialar irəli sürülür.