“Oskar” mükafatının qalibləri elan olundu – TAM SİYAHI
Ötən gecə ABŞ Kinoakademiyası “Oskar” mükafatının sayca 92-ci təqdim etmə mərasimini keçirib. Los-Ancelesin “Dolbi” teatrında keçirilən tədbirdə Cənubi Koreya istehsalı olan “Parazit” filmi İlin ən yaxşı filmi seçilib. Bununla da, 92 illik “Oskar” mükafatkarl tarixində ilk dəfə ingilis dilində olmayan bir film “İlin ən yaxşı filmi” nomaniyasında qalib olub.   Digər əlamətdar hadisə isə Hollivud veteranı və planetin ən yaraşıqlı kişilərindən sayılan Bred Putin aktyor kimi ilk dəfə “Oskar” mükafatı qazanması olub.   Modern.az nominasiyalar üzər qalibləri təqdim edir: Ən yaxşı film - "Parazitlər" Ən yaxşı xarici film nominasiyası - "Parazitlər",  Ən yaxşı rejissor - Bon Cun Xo ("Parazitlər") Ən yaxşı orijinal ssenari - "Parazitlər" filmi, Bon Cun Xo Ən yaxşı quruluşçu rəssam işi - "Bir dəfə... Hollivudda", Barbara Linq, Nensi Hey Ən yaxşı ikinci plan aktyoru - Bred Pitt ("Bir dəfə... Hollivudda”) Ən yaxşı kişi aktyoru - Hoakin Feniks ("Coker" filmi) Ən yaxşı film musiqisi - "Coker", Hildur Qudnadouttir Ən yaxşı aktrisa - Rene Zellveqer, "Cudi" filmi Ən yaxşı operator işi - "1917", Rodcer Dikins Ən yaxşı səs kombinasiyası - "1917", Mark Teylor və Stüart Uilson Ən yaxşı vizual effektlər - "1917", Qiyom Roşrom, Qreq Batler və Dominik Tui Ən yaxşı ikinci plan aktrisası - Lora Dern ("Evlilik hekayəsi") Ən yaxşı səs montajı - "Ford Ferrariyə qarşı", Donald Silvestr Ən yaxşı film montajı - "Ford Ferrariyə qarşı", Maykl MakKuser, Endrü Baklend Ən yaxşı orijinal mahnı - “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün Ən yaxşı cizgi filmi - "Oyuncaqların hekayəsi 4" Ən yaxşı qısametrajlı animasiya filmi - "Saça olan sevgi" Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Dovşan Koko", Tayka Vaytiti Ən yaxşı kostyum dizaynı - "Kiçik qadınlar", Jaklin Durran Ən yaxşı sənədli film - "American Factory" Ən yaxşı qısametrajlı sənədli film - “Learning to Skateboard in a Warzone” Ən yaxşı qrim və saç düzümü - "Qalmaqal", Kadzu Hiro, Enn Morqan və Vivian Beyker Ən yaxşı qısametrajlı film - “The Neighbors’ Window”, Marşall Karri