Avropa ölkələrini son yeddi ilin ən şiddətli qasırğası bürüyüb
Avropanı son yeddi ilin ən güclü fırtınası bürüyüb.
Ren.tv məlumat verir ki, ilk ciddi zərər görən ölkə Böyük Britaniyadır.
Güclü külək bəzi ərazilərdə damları və hasarları uçurub.
Şəhərlərdən birində qaldırıcı kran qırılaraq inşası davam etdirilən tikilinin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fırtınanın güclü olduğu ərazilərdə körpülər və yollar bağlanıb, hava limanlarında uçuşlar ləğv edilib, idman yarışlarının keçirilməsinə icazə verilmir.(oxu.az)