Konsul koronavirus şübhəsi ilə karantinə alındı
Çinin Yekaterinburq şəhərinə yeni təyin olunan konsulu koronavirus şübhəsi ilə karantinə alınıb.
Bu barədə Mk.ru Rusiya Daxili işlər Nazirliyinin Yekaterinburq şəhər nümayəndəsi Aleksandr Xarlovun jurnalistlərə açıqlamasına istinadən xəbər yayıb.
A.Xarlovun bildirdiyinə görə, Yekaterinburq şəhərində Çui Şaoç Çinin yeni konsulu təyin edilsə də, ona işə başlamağa icazə verilməyib.
İki həftəlik karantinə alınan konsul bu müddət ərzində evində olacaq.(oxu.az)