Merkelin xələfi kansler olmaqdan imtina etdi
Xristian-Demokrat İttifaqının (XDİ) sədri Anneqret Kramp-Karrenbauer öz postunu tərk edəcək və Almaniya kanslerliyinə namizəd olmayacaq.
2018-ci ildə Merkelin yerinə XDİ sədri seçilən Karrenbauer 2021-ci ildə xanım həmkarının kansler seçkilərinə qatılamayacağını elan etdikdən sonra, həm də kansler olmağa xələfi sayılırdı.
Partiya sədrinin qərarına hörmət etdiyini deyən kansler Angela Merkel bununla belə, Karrenbauerin 2021-ci ildən sonra da hazırda icra etdiyi müdafiə naziri postunda qalacağına ümid ifadə edib. 
57 yaşlı Anneqret Kramp-Karrenbauerin kansler olmaqdan imtina etməsi Almaniya siyasətində ciddi qarışıqlıq yaradıb.(Modern.az )