"British Airways" Atlantik okeanı üzərində yeni rekorda imza atdı
Britaniyanın hava yolları şirkəti "British Airways" Atlantik okeanını 5 saatdan qısa vaxtda keçən uçuş gerçəkləşdirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkun Kennedi Hava Limanından qalxan təyyarənin Londona olan bu uçuşu rekord kimi qeydə alınıb. "British Airways"dən verilən açıqlamada isə uçuşlarda təhlükəsizliyin sürətdən öncə gəldiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncəki rekord 5 saat 13 dəqiqə olmaqla Norveçin Norwegian Air təyyarəsinə aid idi. 
Ümumilikdə Nyu-York - London arası uçuşların 6 saat 13 dəqiqə olduğu bildirilir.
2003-cü ildə fəaliyyətləri dayandırılan səsdən sürətli Konkord laynerləri isə Atlantiki 3 saatdan bir az çox vaxtda keçirdi.