Koronavirus bu tarixdə bitəcək - Tramp AÇIQLADI
ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.

Polemika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti qubernatorlarla görüşündə bildiribç

"Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək. Ümumiyyətlə, isti belə virusu öldürür".

ABŞ prezidentinin sözlərinə görə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.

Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə “vəziyyət yaxşıdır".

Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb