Pele küçəyə çıxmağa utanır - Açıqlama
Dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edson Şolbi atasının səhhəti ilə bağlı danışıb. Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, atasının normal yeriyə bilmədiyini deyib:
 
"O, özünə qapalı və həvəssizdir.Təsəvvür edin, o, bir kraldır, həmişə futbol dünyasında nüfuzlu fiqur olub, amma indi normal gəzə bilmir. Bundan utanır. İnsanlara zəif görünməmək üçün küçəyə çıxmaq istəmir. Pele rahiblər kimi həyat tərzi keçirir. O, utancaq olub.  Bud-çanaq oynağından cərrahi əməliyyat keçirdi və bərpa mükəmməl deyil. Hərəkət etməsində problemlər var. Bunlar isə öz növbəsində onun depressiyasına səbəb olur".