“Morgan Stanley” neftin qiymət və tələbat proqnozunu dəyişib
“Morgan Stanley” investisiya bankının analitikləri dəmir yolu və hava nəqliyyatı ilə sərnişin daşınması 60-70% azalmasına səbəb olan yeni koronavirusun yayılması səbəbindən neftin qiymətlərini və tələbat proqnozlarını azaldıb. “Report” “İnterfax”a istinadən xəbər verir ki, bankın qiymətləndirməsinə əsasən, 2020-ci ildə dünya bazarında neftin həddindən artıq artımı gündəlik olaraq 300 min barel təşkil edəcək. Neft tələbatına dair proqnoz 15% azalaraq 850 min barelə qədər azaldılıb. Hazırda ekspertlər ümid edirlər ki, birinci rübdə “Brent” markalı neftin bir barel üçün orta hesabla qiyməti əvvəlki 65,7 dollar/barel nisbətdə 55 dollar/barelə çatacaq. İkinci rübdə neftin bir barelinin qiyməti daha əvvəlki 65 ABŞ dolları proqnozuna qarşı 57 dollar/barel olacaq. WTI markalı neft üçün isə qiymətləndirmə belədir ki, bir barrel üçün əvvəlki proqnozlaşdırılmış 62 dollar/barel əvəzinə 50 dollar/barel və əvvəlki proqnozlaşdırılmış 60 dollar/bareldən 52,5 dollar/barelə düşürdüıüb. "Biz OPEC+ iştirakçılarının hazırkı razılaşma sazişinin 2020-ci ilin sonuna qədər uzadacağını gözləyirik, həmçinin, ilin birinci yarısının qalan hissəsi üçün əlavə 600 min barel azalma elan edəcəyini gözləyirik", - deyə “Bloomberg” agentliyi “Morgan Stanley” hesabatına istinadən yazır. Analitiklər güman edirlər ki, Braziliya, Norveç, Qayana və Kanadada istehsalın artacağını düşünürlər. Bu isə o deməkdir ki, qeyri-OPEK-ə daxil ölkələrdən tədarüklər 2020-ci ildə təxminən 1,9 milyon barel artacaq.