"Kanal 13"ün rəhbərinin şərti məhkumluğu ləğv edildi
Bakı Apelyasiya Məhkəməsində "Kanal 13" internet televiyasının rəhbəri Əziz Orucovun barəsində olan şərti məhkumluğun götürülməsi ilə bağlı şikayətə baxılıb.
 Legion.az APA-ya istinadən xəbər verir ki, keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, onun şikayəti təmin edilib və barəsində olan şərti məhkumluq ləğv edilib.
Qeyd edək ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.  Həmin il İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
2018-ci il aprelin 5-də Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.