İtaliyada Ronaldunun nəhəng heykəlini düzəltdilər – FOTO
İtaliyalı azarkeşlər “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun 20 metr hündürlüyündə heykəlini yaradıblar. “BR Football” xəbər verir ki, papye-maşedən düzəldilən heykələ “Büt” adı veriblər. Qeyd etmək lazımdır ki, bu heykəl İtaliyada keçiriləcək karnavalda istifadə ediləcək. Bu portuqaliyalının ilk heykəli deyil. 2017-ci ildə Ronaldunun doğulduğu Madeyra adasında futbolçunun büstü qoyulub.