İran Tel-Əvivi yer üzündən silməklə hədələdi
ABŞ-ın Tehrana hücum edəcəyi təqdirdə İran raketləri Tel-Əvivi yer üzündən siləcək. “MIG News” xəbər verir ki, bunu İranın Hökümət Şurasının mətbuat katibi Möhsen Rezai bəyan edib. “Biz Tel-Əvivi məhv etmək üçün bəhanə axtarırıq, çünki İsrail “Əl-Qüds”ün rəhbəri Qasım Süleymaninin öldürülməsində rol alıb”, - deyə M.Rezai vurğulayıb. Onun sözlərinə görə, Tehran ABŞ-ın İraq və Fars körfəzi ölkələrindəki fəaliyyəti ilə bağlı dəqiq məlumata sahibdir. “ABŞ-ın bütün hərbi bazaları və aviadaşıyıcıları İranın hərbi kəşfiyyatının nəzarəti altındadır”, - deyə İranın Hökümət Şurasının mətbuat katibi əlavə edib.