“Sosial şəbəkələr bizim üçün ən böyük məlumat bazadır” - Məzahir Pənahov
“Biz şikayətlər daxil olan seçki məntəqələri ilə ciddi işləməliyik”.   Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov deyib.   O xatırladıb ki, sosial şəbəkələrdə məntəqələrin fəaliyyəti ilə bağlı məlumatlar paylaşılır:   “Bu bizim üçün ən böyük məlumat bazarıdır. Görünür ki, bəzi şəxslər məntəqənin fəaliyyətini iflic vəziyyətə gətirir. O məntəqələr cəzalandırılmağa layiqdir. Üstəlik bu və ya digər formada seçkiləri pozmağa edilən cəhdlər məqsədinə çatıb”.