Ərdoğan Kılıçdaroğludan 500 min lirə tələb edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kılıçdaroğlundan 500 min lirə mənəvi təzminat tələb edir.   Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyin Aydının Ankara Respublika Baş Prokurorluğuna verdiyi ərizədə CHP lideri Kılıçdaroğlunun partiyasının qrup iclasında verdiyi sərt ifadələr yer alıb.   Qeyd edək ki, Kılıçdaroğlu, prezident Rəcəb Tayyib Ərdoğanı FETÖ'nün “siyasi qanadı” olmaqda günahlandırıb. Məhz bu səbəbdən  prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyin Aydın Ankara Respublika Baş Prokurorluğuna ərizə ilə müraciət edib.