Hüseynbala Mirələmovun da dairəsinin nəticələri LƏĞV OLUNDU
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 33 saylı Xətai  birinci Seçki dairəsindən namizəd Fuad Abbasovun şikayətinə baxılıb.   Modern.az xəbər verir ki, MSK-ya müraciət edən namizəd Fuad Abbasov həmin dairədə bir neçə məntəqədə pozuntuların baş verdiyini iddia edərək, seçki nəticələrinin ləğvini tələb edib.   MSK-nın ekspert qrupu Fuad Abbasovun müraciətinin təmin olunmasını qərara alıb.   Qeyd edək ki, bu dairədən qalib Hüseynbala Mirələmov idi.