Hadı Rəcəblinin seçildiyi dairənin də nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd seçki dairəsilə bağlı şikayətlərə baxılıb.   Modern.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, müvafiq dairə üzrə seçki məntəqələrində qanun pozuntularını özündə əks etdirən videogörüntülərə baxılıb, sosial şəbəkələrdə yayılan məlumatlar yoxlanılıb.    İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilsin.    Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadi Rəcəbli idi.