MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərdi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 20-ə yaxın dairə üzrə daxil olmuş müraciətlər baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) göndərilib.   Modern.az-ın məlumatına görə, bu dairələr 81, 60, 95, 72 , 42, 125, 14, 15, 11, 79, 92, 10, 57, 45, 67,109,124, 18 saylı seçki dairələridir.   Prosedur qaydalarına görə, adıçəkilən dairələrdən MSK-ya daxil olmuş müraciətlər aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-lara göndərilib.   Qeyd edək ki, yuxarıda adı çəkilən dairələrdə qalib namizədlər aşağıdakılardır:   91 saylı Ucar seçki dairəsi - Ramil Həsən 81 saylı Beyləqan seçki dairəsi - Şahin İsmayılov 60 saylı Salyan-Neftçala seçki dairəsi - Fəzail Ağamalı 95 saylı Tərtər seçki dairəsi - Sahib Alıyev 72 saylı Yardımlı-Masallı seçki dairəsi - Musa Qasımlı 42 saylı Sumqayıt ikinci seçki dairəsi - Tahir Mirkişili 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - İmamverdi İsmayılov 15 saylı Yasamal birinci seçki dairəsi - Ülvi Quliyev 14 saylı Xəzər seçki dairəsi - Soltan Məmmədov 11 saylı Qaradağ seçki dairəsi - Aydın Hüseynov 79 saylı İmişli seçki dairəsi - Razi Nurullayev 92 saylı Zərdab-Ucar seçki dairəsi - Jalə Əliyeva 10 saylı Binəqədi üçüncü seçki dairəsi - Madər Musayev 57 saylı Kürdəmir seçki dairəsi - Əminə Ağazadə 45 saylı Abşeron seçki dairəsi - Oqtay Əsədov 67 saylı Cəlilabad şəhər seçki dairəsi - Malik Həsənov 109 saylı Balakən seçki dairəsi - Nəsib Məhəməliyev 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - Elman Məmmədov 18 saylı Nərimanov-Nizami seçki dairəsi - Rasim Musabəyov