Başqalarının da Türkiyədən örnək götürəcəyinə inanıram
Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas Türkiyəyə səfər edib. Lent.az-ın «nyusru-ya istinadən məlumatına görə, «Fəlstin dövlətinə fövqəladə və səlahiyyətli səfir» təyin etdiyi üçün  rəsmi Ankaraya təşəkkürünü bildirib.   Türkiyə prezidenti Abdulla Güllə görüşündə o, deyib ki, bu təyinat başqa ölkələ üçün də örnək olmalıdır.   Fəlstin lideri baş nazir Rəcəb Taib Ərdoğan,xarici işlər naziri Əhməd Davudoğlu, eləcə də Türkiyədə səfər olan ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.   Xatırladaq ki, Şakir Özqan Torunlar etimadnaməsini muxtariyyətin başçısı Mahmud Abbasa təqdim edib. Fələstinin BMT-də statusu dəyişdikdən sonra onun da diplomatik rütbəsi artıb. O, həm də M.Abbasa səfir kimi etimadnaməsini təqdim edən ilk xarici diplomatdır.   Bununla da o, Fələstin BMT-də müşahidəçi dövlət statusu alandan sonra ilk səfir olub.   Ş.Torunlar 2010-cu ildə Şərqi Qüdsdə Türkiyənin baş konsulu vəzifəsində çalışıb.   1988-ci ildə, mərhum Yasir Ərəfat Fələstini müstəqil elan edəndə Türkiyə onu tanıyıb. 2005-ci ildən isə rəsmi Ankara Fələstin muxtariyyəti üzrə təmsilçisinin təyin edib.   Onu da xatırladaq ki, bu il mayın sonunda Türkiyənin baş naziri Rəcəb Taip Ərdoğanın Fələstinə səfər edəcəyi gözlənilir.