Koronavirusa görə Sevgililər Günü fərqli qeyd olundu
Koronavirus təhlükəsi ilə mübarizə aparan Asiya ölkələrində sevgililər günü həmişəkindən fərqli qaydada qeyd olunub.   Modern.az xəbər verir ki, Asiya ölkələrində, xüsusilə də virusun formalaşdığı Hubey vilayətində cütlüklər bir-birinə əvvəlki kimi şokolad, ətir yox, qoruyucu maska hədiyyə edib. Hətta bəzi şəxslər öz partnyorlarına maska ilə yanaşı gigiyenik məhsullar: tualet kağızı, salfet və s.bağışlayıb. Təqdim olunan hədiyyələr isə ehtiyacdan dolayı hər iki tərəfdə böyük məmnuniyyət yaradıb. Onu da qeyd edək ki, sevgililər bir-birlərinə toxuna bilmədikləri üçün, elə maskanın üzərindən qarşı tərəfi öpüblər.   Xatırladaq ki, Çində koronavirusdan dolayı 1524 nəfər ölüb, yoluxanların sayı isə 66 min 492-yə çatıb.