"Son üç gündə İdlibdə 143 min nəfər evindən didərgin düşüb..."- BMT sözcüsü...
Bu açıqlamayla BMT baş katibinin sözcüsü Dujarrik çıxış edib.
Moderator.az xəbər verir ki, BMT rəsmisinin bildirdiyinə görə son üç gündə İdlibdə 143 min insan öz evindən didərgin düşüb. 
Ümumilikdə isə İdlibdən 830 min nəfərin qaçqın düşdüyü bildirilir. İdlibi tərk edənlər isə təbii ki, Türkiyə sərhəddinə üz tuturlar. Digər ölkələr isə qaçqınları qəbul etməmək üçün müxtəlif bəhanələrlə sərhədlərini bağlayırlar.