İdlibdə İranı dəstəkləyən 100-ə yaxın döyüşçü öldürülüb
İdlib şəhərindən İrandan dəstək alan 100-ə yaxın döyüşçünün cəsədi Deyr-Əz-Zora gətirilib.   Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İdlibdə Bəşər Əsəd rejiminin tərəfdarlarından xeyli sayda yaralı və ölü çərşənbə və cümə axşamı günü Suriyanın İdlib şəhərindən Deyr-Əz-Zora gətirilib. Suriyalı terroristlər Deyr-Əz-Zorda dəfn olunsa da, öldürülən başqa millətlərin cəsədləri dəfn mərasimindən sonra İraqa yola salınıb.   Qeyd edək ki, hal-hazırda İran İnqilab Keşikçiləri, Qüds Briqadası, Nüceba Hərəkatı, Bakir Briqadası, 104-cü Briqada və 4-cü Partiyanın Gays qüvvələri İdlib və Hələbin vilayətlərində rejim sıralarında vuruşur.