Rusiya qanunsuz SSRİ-nin varisi olmamalıdır - Aranovski
Rusiya qanunsuz yaradılmış dövlət olan SSRİ-nin varisi hesab edilməməlidir. Axar.az xəbər verir ki, bunu Rusiya Konstitusiya Məhkəməsinin hakimi Konstantin Aranovski deyib. O, SSRİ hakimiyyətinin fəaliyyətini repressiv-terrorçu adlandıraraq, Rusiya Federasiyasının bununla heç bir bağlılığı olmaması gərəkdiyini bildirib. Aranovski Rusiyanın totalitar cinayətlərlə əlaqəsi olmadığını deyib.