Koronavirus qurbanlarının sayı 2 minə çatır
Çində koronavirusa yoluxanların sayı 70,6 min nəfərə çatıb. Onlardan 1770 nəfər dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Ötən gün ərzində yoluxmuş insanların sayı 2,048 min nəfər, ölüm halları isə 105 nəfər artıb. Bunlardan 100 nəfər Hubey əyalətində, 3 nəfər Henan əyalətində, Quandun əyalətində 2 nəfər ölüb. Hazırda ölkənin xəstəxanalarında 57934 nəfər müalicə olunur, 10.6 mindən çox xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir. Eyni zamanda 11 minə yaxın insan sağalaraq tibb müəssisələrindən evə buraxılıb.