Bakıda doqquzuncu mərtəbədə pəncərə silən qadın həyatını təhlükəyə atdı - VİDEO
Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. "Report" xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri aparan qadın mənzillərdən birinin pəncərəsinin şüşəsini silən zaman heç bir təhlükəsizlik qaydalarına riayət etməyib. Həmin görüntüləri təqdim edirik: