Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.   DİM-dən Modern.az-a verilən məlumata görə, hazırda imtahan materiallarının emalı aparılır.   Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.