Hadi Rəcəblini deputat “seçən” DSK sədri fəhlə işləyir - RƏSMİ SƏNƏD
Nəticəsi ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin sədri həm də DOST Mərkəzində çalışırmış.  Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən dairə seçki komissiyasının sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin oktyabrından DOST Mərkəzi MMC-də fəhlə kimi çalışır. Qeyd edək ki, Hadi Rəcəblini qalib elan edən 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin nəticələri saxtakarlıq faktlarına görə ləğv olunub.  

Bizimlə əlaqə saxlayın