Azərbaycanın MMA döyüşçüsü serbiyalı rəqibini məğlub etdi - VİDEO
Azərbaycanın MMA döyüşçüsü Hidayət Məmmədov "Serbian Battle Championship"də qələbə qazanıb. "Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı serbiyalı Veljko Stoykoviçlə üz-üzə gəlib. Məmmədov rəqibinin qolundan tutaraq onu təslim olmağa məcbur edib. Qeyd edək ki, bu, Hidayət Məmmədovun MMA-da ilk qələbəsidir.