İcra başçısının lider olduğu seçki dairəsi barədə QƏRAR
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir məntəqə ilə bağlı qərar verib.   Modern.az xəbər verir ki, bu gün keçirilən iclasda 123 saylı Kəlbəcər seçki dairəsi üzrə daxil olan müraciətə baxılıb. Müraciət barədə MSK-nın iclasında komissiya üzvü Tofiq Həsənov məlumat verib.   O, qeyd edib ki, bu dairədən deputatlığa namizəd Əziz Qənbərlinin müraciəti əsasında həmin seçki dairəsinin 16 saylı məntəqəsində qanun pozuntularının olması müəyyənləşib.   MSK qərara alıb ki, 123 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin nəticələri ləğv edilsin.   Xatırladaq ki, həmin dairə üzrə lider namizəd Aqil Məmmədovdur. O, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısıdır.