32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə daxil olan müraciətlərə baxılıb. Modern.az xəbər verir ki, bu barədə məlumat verən, MSK üzvü İlkin Şahbazov şikayətlərin araşdırılması zamanı bir çox məqamların aydınlaşdığını vurğulayıb.   O qeyd edib ki, 4 saylı seçki məntəqəsininin protokolunda seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular aşkar edilib: “Bundan əlavə sosial şəbəkələrdə yayılan görüntülərdə də bu kimi hallar əks olunub. Müraciət edən namizədlər seçki dairəsi üzrə ümumi nəticələrin ləğvini tələb ediblər”.   MSK ekspert qrupunun rəyi əsasında dairə üzrə bəzi məntəqələrin ləğv edilməsi təsdiqlənib. Lakin bu ümumi səsvermə nəticələrinə təsir etməyib. Qeyd edək ki, 32 saylı Suraxanı Seçki Dairəsi üzrə lider namizəd