Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü
Çində koronavirus qurbanlarının sayı durmadan artır. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. Son məlumata görə, ölkədə 2 004 nəfər virusun qurbanı olub. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar. Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb. Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Hubey əyalətində baş verib.  Qeyd edək ki, Çində koronavirus ötən ilin sonlarında Hubey əyalətində yayılmağa başlayıb.