Yanvarda ölkəyə 7 elektromobil gətirilib
Bu ilin yanvar ayında Azərbaycana 7 ədəd elektromobil gətirilib.  “Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, həmin avtomobillərin orta qiyməti 10 min manat, ümumi qiyməti isə 79,08 min dollar təşkil edib.  Həmçinin ay ərzində ölkəyə 659 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib ki, onların da ümumi dəyəri 3 510,49 min dollar olub.