"Bloomberg" "əl dəyişdirə" bilər
ABŞ-ın "Bloomberg" agentliyi satıla bilər.  "Report" xəbər verir ki, bu barədə "Forbes” jurnalı yazıb.  Məlumatda deyilir ki, agentliyin sahibi, ABŞ prezidentliyinə namizəd Maykl Blumberq seçkilərdə qələbə qazansa, media qurumunu satacaq.  Hazırda o, dünyanın 8-ci ən zəngin insanıdır və varidatı 62,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.  Xatırladaq ki, hazırda ABŞ-a rəhbərlik edən Donald Tramp prezident seçildikdən sonra daşınmaz əmlak şirkətlərini satmadığına görə M.Blumberq onu sərt tənqid etmişdi.