Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO
İsveçrədə qar uçqunu altında qalan iki qadın xizəkçinin köməyinə snoubordçular gəlib. “Report” “ABC News”ə istinadən xəbər verir ki, qadınlardan birinin xilasedilmə anı snoubordçunun kaskasındakı kameraya düşüb. Hadisə İsveçrənin cənub-qərbindəki Vale kantonunun Verbye kəndində baş verib. Qadınlar bölgəyə çağrılan helikopter vasitəsilə xəstəxanaya yerləşdiriliblər.