Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

İkinci Dünya Müharibəsi Almaniya üçün yaxşı bitmədi. Məğlubiyyət hər şeyi alt-üst etdi.

  Bizimyol.info xəbər verir ki, müharibə iştirakçısı olmuş xeyli alman 1945-ci ilin ortalarında Argentinaya üz tutmuşdu. Niyə məhz Argentina? Çox maraqlıdır. Argentinada alman marağı hələ Birinci Dünya Müharibəsindən əvvəl müşahidə edilirdi. Kəşfiyyatın rəhbəri Valter Nikolai heç bir problemsiz orada agent şəbəkəsi yarada bilmişdi. Zamanla rəsmi Berlin Buenos-Ayreslə bir çox razılaşmalar əldə etdi. Argentina limanlarında Almaniya gəmiləri növbə ilə bir-birinin yerini tuturdu. Proses Argentinanın reyxin maliyyə müstəmləkəsinə çevrilməsinə doğru gedirdi. Ağır sənaye tamamilə almanların əlinə keçdi. 1943-cü ildə Argentinaya artıq alman nasistləri başçılıq edirdi. Reyxin çoxdankı agenti Xuan Peron hakimiyyətin rəhbəri elan olundu. Sonrası məlumdur. Məğlubiyyətdən sonra minlərlə alman Argentinaya üz tutdu. Orada yaşamaq üçün hər cün zəmin vardı. İngilis tarixçilər – Aaymon Danston və Cerard Uilyams iddia edir ki, nasist Almaniyasının lideri Adolf Hitler və onun həyat yoldaşı Yeva Braun ölməyib, 1945-ci ilin mayında məhz Argentinaya yola düşüblər. Bu haqda çox yazılıb. Hitleri Argentinada görənlər də olub.