Stalin necə əylənirdi... - Fotolar

İosif Stalin tarixin ən ziddiyyətli şəxsiyyətlərindən biridir.

  Bir tərəfdə İkinci Dünya Müharibəsinin qalibi, digər tərəfdə repressiyalarla minlərlə insanın canına qıyan zalım obraz. Bəs biz Stalini nə qədər yaxşı tanıyırıq? Bizimyol.info xəbər verir ki, çəkməçi ailəsində doğulan Vissarion İvanoviç Cuqaşvilinin çox ağır uşaqlığı olub. Anası Yekaterina Georgiyevna onun keşiş olmasını istəyirdi. Amma inqilabi ideyalar daha üstün gəldi. Stalin ölkəyə rəhbərlik edəndən sonra necə əylənirdi? Bu haqda çox yazılmır. Məlumdur ki, Stalin qadın düşkünü olmayıb. Hər halda, bu haqda heç şayiələr də dolaşmırdı. Onun bilyard oynamağı sevməsini dəqiq söyləmək olar. Bir də “qorodki” oyununu çox sevirmiş. Bununla bağlı hətta foto da qalıb. Stalin necə əylənirdi... Stalinin sürətli oxuması barədə də çox danışılır. Deyilənə görə, gündə 200 səhifə oxuyurmuş. Stalin necə əylənirdi... Kitabxanasında 40 min kitab varmış. Heç cür inanmaq olmur ki, kitabları bu qədər sevən insan günahsız adamların həyatına rahatca son qoyurmuş. Stalin yaxşı yemək mərasimindən də zövq alırmış. Gürcü, rus mətbəxini bəyənirmiş. Hələ Avropa yeməklərinin də məmnuniyyətlə dadına baxırmış. SSRİ rəhbərinin kino sevgisi haqda ayrıca danışmaq lazımdır. O, dostları, silahdaşları ilə birlikdə filmə baxmağı çox sevirmiş. Çarli Çaplinin pərəstişkarı imiş. Bu aktyoru bir az da atasına bənzədirmiş. Ən çox “Volqa-Volqa” filmini xoşladığı söylənilir