DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. Legion.az xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib. Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib. DTX əməkdaşları binanın qarşısında xüsusi post quraşdırıblar və binaya giriş qadağan edilib.