MSK sədri:“Əgrər sizdə nəsə material varsa, sosial sosial şəbəkələrə yerləşdirin”
“Bəziləri hansısa xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır. Bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri vurğulayıb ki, insanların əlində nə material varsa təqdim etmlidir: “Əgrər sizdə nəsə material varsa, qoyun sosial sosial şəbəkələrə. Ümumilikdə sosial şəbəkələrdə 385 videogörüntü yayılıb. Kiminsə əlində nəsə varsa, sosial şəbəkəyə yerləşdirin, Mərkəzi Seçki Komissiyası bütün görüntüləri araşdıracaq”. Report