Rusiyanın ən zəngin qadını məlum olub - Foto

"Forbes" jurnalı "Wildberries" onlayn satış xidmətinin təsisçisi Tatyana Bakalçuk Rusiyanın ən zəngin qadını elan edib.

  1,4 mlrd. dollar sərvəti olan Tatyana Bakalçuk Yelena Baturinanı qabaqlayıb.  
Tatyana Bakalçuk - Rus milyarder Tatyana Bakalçuk - Rus milyarder
  Bu vaxtadək Rusiyada yalnız bir zəngin qadın olub – sabiq Moskva meri Yuri Lujkovun dul həyat yoldaşı və Moskva şəhərinin ən böyük developer şirkəti sayılan "İnteko"nun keçmiş sahibi Yelena Baturina. O, 1 mlrd. dollar sərvəti ilə 2004-cü ildə "Forbes"ın siyahısına ilk dəfə daxil olub. Baturinanın sərvətinin ən yüksək göstəricisi 2010-cu ildə qeydə alınıb – 4,2 mlrd. dollar. Lakin son 2 ildə onun sərvəti 1,2 mlrd. dollaradək azalıb. Fevralın 20-nə olan məlumata görə, T. Bakalçukun sərvəti illik ifadədə 400 mln. dollar artaraq 1,4 mlrd. dollara çatıb. T. Bakalçuk "Wildberries"in böyüməsi nəticəsində bir qədər də zənginləşib. Şirkət bir il əvvəl 1,2 mlrd. dollar dəyərində qiymətləndirilirdi. Bakalçuk "Forbes"un Rusiyanın ən zəngin insanları siyahısında ilk dəfə 600 mln. dollar sərvəti ilə 2018-ci ildə yer alıb. (Apa.az)