Londonda məscidin axunduna hücum edən şəxs həbs olundu - FOTO
Britaniya polisi Londondakı məscidin axunduna xəsarət yetirən şəxsi həbs edib. “Report”un məlumatına görə, bu barədə “The Guardian” xəbər verir. Qeyd edilir ki, həmin şəxs məscidin 70 yaşlı axundunun boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Şahidlər bildirib ki, silahlı şəxs ibadət başlayan kimi axunda bıçaqla xəsarət yetirib. Onların sözlərinə görə, hadisəni törədən şəxs məscidə müntəzəm gəlirmiş.