Vladimir Putinin əlyazması hərracda satıldı
Rusiyada Prezident Vladimir Putinin əlyazması hərraca çıxarılıb. TASS-ın yaydığı xəbərə görə, əlyazma “12-ci stul” hərrac evində satılıb. Əlyazma ölkə başçısının siyasətçi-jurnalist Valentin Zorinin 2001-ci ilin 12 sentyabrında ona hədiyyə etdiyi “Məlum barəsində naməlum olanlar” kitabına görə yazdığı təşəkkürdən ibarət olub. Hərracda əlyazma ilk təklif olunan 340 rubla (9 AZN) satılıb.