Rusiya məktəblərində süni intellekt dərsləri keçiriləcək
2021-ci ildə Rusiya ümumtəhsil məktəblərində süni intellektin öyrənilməsi fənninin tədris proqramına salınması planlaşdırılır və 2024-cü ilə qədər məktəblərin yarısında şagirdlərə bununla bağlı dərslərin verilməsi gözlənilir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Şerbank və Rusiya Birbaşa İnvestisiya Fondu tərəfindən hazırlanan 2024-cü il üçün süni intellektin inkişafı yol xəritəsində qeyd olunub.
Bu fənn ümumtəhsil müəssisələrinin 1 faizində artıq sınaqdan keçirilib. 2021-ci ildən etibarədən həmçinin universitetlə qəbulda da üstünlük veriləcək Süni İntellekt Ümumrusiya Olimpiadasının keçirilməsi də planlaşdırılır. 
Tədris üçün həm əyani, həm də qiyabi formada 15 mindən çox müəllim süni intellekt sahəsi üzrə ixtisasartırma kursundan keçəcək.