Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı
Sumqayıtda zibil qabından meyit tapılıb. APA-nın xəbərinə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarının birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.  Faktla bağlı araşdırma aparılır.